Polşada təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gəlib.
Byalobjeqdə yerləşən “Mieyski” stadionunda baş tutan matçda 2:2 hesablı bərabərlik qeydə alınıb.
"Neftçi"nin qollarını Bassala Sambou (19) və Ramil Şeydayev (90+4) vurublar.
Qeyd edək ki, bundan əvvəl “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras" (Tripolis, Yunanıstan) ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.