AZ

Üçtərəfli sammitdə hansı məsələlər müzakirə olunub?

Türkiyə, İtaliya və Liviya liderləri arasında İstanbulda üçtərəfli sammit keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, sammitdə Aralıq dənizi regionunda qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə birgə tədbirlər müzakirə edilib, hər üç dövlətin birgə səylərinin vacibliyi vurğulanıb.

Məlumatda İtaliyanın Baş naziri Corcia Meloni və Liviyanın Baş naziri Əbdülhəmid Dibeyba ilə danışıqlar zamanı təkcə cari əməkdaşlıq məsələləri deyil, həm də regional problemlər, o cümlədən miqrasiya böhranı ətrafında fikir mübadiləsi aparılıb.

“Prezident Ərdoğan Aralıq dənizi hövzəsinin üzləşdiyi problemlərlə, o cümlədən qeyri-qanuni miqrasiya ilə mübarizədə üç ölkə arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Prezident həmçinin qeyd edib ki, qeyri-qanuni miqrasiya mənbəyinin aradan qaldırılması üçün uzunmüddətli və davamlı həll yollarına ehtiyac var və bu məsələdə çoxtərəfli koordinasiya tələb olunur”, - Kommunikasiya İdarəsindən bildirilib.

Seçilən
27
ikisahil.az

1Mənbələr