AZ

Goranboyda 3 minik maşını toqquşub, xəsarət alan var

Goranboyda xəsarətlə nəticələnən yol qəzası olub. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. Belə ki, hərəkətdə olan "KİA" və iki "Mercedes" markalı minik maşınları toqquşub. Qəza zamanı 1971-ci il təvəllüldü Habil Əşrəfov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
1
avtosfer.az

2Mənbələr