AZ

Orxan Əliyev: “Millidə də buna davam etmək niyyətindəyəm”

Apasport saytına istinadən ain.az xəbər verir.

"Debüt görüşümdə qol vurdum. Çox istəkli idim. Şadam ki, həmin oyunda qol vurdum və qalib gəldik. Dünənki matçda da qələbə qazandıq. Həqiqətən də, hər şey çox yaxşı idi. Ondan sonrakı matçda da qalib gəldik. Yenə də qazandıq, yenə qol vurdum. Bir məhsuldar ötürmə ilə də yadda qaldım. Həm komandaya, həm də Qırğızıstan çempionatına tez bir zamanda öyrəşdim. Yaxşı komandamız var. Ümidvaram ki, Qırğızıstan çempionatında qollarıma davam edəcəm”.

Bu sözləri apasport.az saytına açıqlamasında Qırğızıstanın “Ozgon” klubunda qollarını sıralayan Orxan Əliyev deyib. Azərbaycanlı forvard yeni keçdiyi klubunda artıq 2 matçda 3 qol vurub, 1 asist edib.O, bu cür performansla milli komandaya qədər irəliləyəcəyinə inandığını bildirib: "Qırğızıstanda bu cür oynamağa davam edərsəm, Azərbaycan millisinə dəvət edilərəm? Bilirsiz, bu Fernandu Santuşun verəcəyi qərardır. Əgər onun marağı olarsa, məni milli komandaya çağıra bilər. Hər halda, zaman göstərəcək. Mən Qırğızıstanda qollarımı vururam. Azərbaycan millisinə dəvət edilmək istəyərdim. Buna hazıram. Mən klubumda qollarımı vururam, millidə də buna davam etmək niyyətindəyəm”.

Adil Şükürov: "Hər mövqedə çatışmazlıqlar var"

“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək

“Turan Tovuz”a daha iki rəqib

Zaur Hacı-Məhərrəmov Çempionlar Liqasına təyinat alıb

“Sabah”ın rəqibi bəlli olub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
apasport.az

2Mənbələr