525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İtaliyanın "İnter" komandasının sabiq baş məşqçisi Andrea Stramaççonni dənizdə batan 2 qızı xilas edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 3 gün əvvəl Apuliyada, Sfinali körfəzindəki çimərliklərdən birində baş verib.
Ailəsi ilə dincələn Stramaççonni dənizdə 2 qızın batdığını görüb. Doğrudur, ərazidə 1 nəfər xilasedici olub. Amma onun 17 və 19 yaşlı qızları eyni anda xilas etməsi mümkün deyilmiş. Vaxtında köməyə çatan sabiq "İnter"li xilasedici ilə birlikdə batanları sudan çıxara bilib.
Qeyd edək ki, 49 yaşlı Andrea Stramaççonni 2012/13-cü illər mövsümündə "İnter"in baş məşqçisi olub.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.