AZ

Bu il güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxanların sayı açıqlandı

Son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına 65 yeni peşə və vəzifə əlavə edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hazırda həmin siyahıda 5 il erkən pensiyaya çıxmaq imkanı verən 4 mindən çox peşə və vəzifə, göstərici əhatə olunub.

Bildirilib ki, 2025-ci ilin ötən dövründə 3 247 nəfərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
5
olaylar.az

6Mənbələr