AZ

“Neftçi” AEL-lə də “sülh bağladı”

Polşada təlim-məşq toplanışında olan “Neftçi” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Kipr təmsilçisi AEL-lə üz-üzə gəlib.

Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 2:2. Bakı klubunun heyətində Bassala Sambu (19) və Ramil Şeydayev (90+4) fərqləniblər.

Xatırladaq ki, “Neftçi” daha öncə “Hapoel” (Təl-Əviv, İsrail, 1:1) və “Termalitsa” (Polşa, 2:2) ilə də yoxlama oyunları keçirmişdi. “Ağ-qaralar”ın “Asteras” (Tripolis, Yunanıstan) ilə görüşü isə güclü leysan səbəbindən ləğv olunmuşdu. Bir sözlə, Samir Abasovun komandası Polşa toplanışını qələbəsiz başa vurub.

Seçilən
30
arena.az

1Mənbələr