AZ

Elit hakimlərdən üçü yeni siyahıda yer almadı – komanda sayı artır, hakim sayı azalır...

Xəbər verdiyimiz kimi, AFFA-nın təşkilatçılığı ilə 2025/26 mövsümünə hazırlıq məqsədilə Elit kateqoriyaya daxil olan baş və köməkçi hakimlər üçün təlim-məşq toplanışı başladı. Həmçinin qurumun saytında premyer-liqada oyunlarını idarə edəcək ədalət təmsilçilərinin siyahısı dərc olundu.

“Football-plus.az” siyahını ötən mövsüm üçün açıqlanan siyahıyla müqayisə etdi. Bəlli oldu ki, premyer-liqada komanda sayının artmasına baxmayaraq, hakimlərin sayında azalma olub. Dəqiq desək, ötən mövsüm 17 hakim iş başında olubsa, bu dəfə say 14-ə enib. Rauf Allahverdiyev, Kamran Əliyev və Əkbər Əhmədov yeni siyahıda yer almayıb.

Allahverdiyevlə bağlı durumdan xəbərdarsız. Əliyevlə Əhmədov isə ötən mövsüm premyer-liqaya cəlb olunsalar da, bu dəfə İnkişaf Qrupunda (Elit hakimliyə namizədlər) yer alıblar.

Maraq üçün qeyd edək ki, 2024/25 “futbol ili”ndə premyer-liqada nə Kamran Əliyevə, nə də Əkbər Əhmədova şans verilib.

KƏNAN BAHADIR

Seçilən
8
1
football-plus.az

2Mənbələr