AZ

Səhiyyə Nazirliyi: İsrailin hücumlarında 18 mindən çox uşaq həlak olub

BAKI, 1 avqust. TELEQRAF

İsrailin Qəzzaya hücumları nəticəsində həyatını itirən 60 min 200-dən çox fələstinlidən 18 min 592-si uşaqdır.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi xəbər yayıb.

Nazirlik həyatını itirən və meyitləri müəyyən edilən körpə və uşaqların yaşları, adları kimi ətraflı məlumatların yer aldığı siyahı açıqlayıb.

Siyahıda göstərilib ki, minlərlə uşaq çox gənc yaşlarında öldürülüb, onlardan bəziləri 24 saat belə sağ qalmayıb.

9 körpə doğulduğu gün, 5 körpə isə bir günlük ikən öldürülüb.

Seçilən
15
teleqraf.com

1Mənbələr