AZ

"Fərqanə Qasımova bu sözləri Nigara deməyib" - VİDEO

"Fərqanə Qasımova ilə bağlı bir çox yazılar yazıldı. Bu məsələyə qarışmaq istəmirəm. Hər ikisinə fərqli hömətim var. İkisi də bizim ifaçısımızdır". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkədə yayımladığı videoda deyib. Aparıcı Əməkdar artist Fərqanə Qasımovanın "Qoca kaftar, sənə 15 yaşında qız nə gərək" dediyi videosunun müğənni Nigar Camala ünvanlanmasına reaskiya verib. O bildirib ki, F.Qasımova həmin videonu Nigar üçün yox, layihə üçün lentə alıb:

 

"Bəzən yaxşılıq etmək istəyirsən, pis don geyindirirlər. 2 ay əvvəl Fərqanə xanıma müraciət etdim və layihəmizə dəstək olsun. Qeyri-hökumət təşkilatları maliyyə ayırıb ki, layihə həyata keçirin. Mən də erkən nikahlarla bağlı çağırış etmişəm. Məşhurları bir araya yığıb video çəkdirmişəm. İndi Fərqanə Qasımovanın "Qoca kaftar, sənə 15 yaşında qız nə gərək" sözünü qarşı tərəfə ünvanlamış kimi qələmə verirlər. Olmaz belə.

 

Fərqanə Qasımova ustad və sənətkar qızı olmaqla yanaşı, mükəmməl bir xanımın da tərbiyəsini alıb. İndi bu xanım ağzını açıb bir kəlmə deməsin? Heç bir layihəyə dəstək göstərməsin? Bəlkə ifa etdiyi xalq mahnılarındakı sözlərdən də yapışaq? Yetər, bu insanları incitmək".

 

Qeyd edək ki, F.Qasımova Nigarın bodidəki geyiminə "Kəsmə yollarla önə getmək əlbəttə çok rahatdır -  türk qardaşlarımız demişkən" şərhini yazıb. Sənətçilər arasında ondan sonra qalmaqal düşmüşdü.

 

Tarix: 1 Avqust 2025, 19:49   
Seçilən
16
4
pravda.az

5Mənbələr