Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Cəbrayıl şəhəri, Kürdəmir və Kəlbəcər rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Cəbrayıl şəhərinin inzibati ərazisində “İnnova Construction” şirkəti tərəfindən 1 ədəd, Kürdəmir rayonu Atakişili kəndinin inzibati ərazisində Kürdəmir rayonu Xırdapay kənd sakini Fizuli Məmmədov tərəfindən 31 ədəd və Kəlbəcər rayonu Baş Qaraçanlı kəndinin inzibati ərazisində Tərtər şəhər sakini Nizami Şükürov tərəfindən 13 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı “İnnova Construction” şirkətinin iş içraçısı Tarkan Guntay barəsində vəzifəli şəxs qismində və adıçəkilən digər şəxslər barəsində isə fiziki şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.