AZ

Rusiya Belarus hərbiçilərini Gümrüyə gətirir

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Ermənistandakı Gümrü bazasına Abxaziya, Cənubi Osetiyadan pullu xidmətə gənclər cəlb edib. Həmçinin Belarusdan Gümrükdəki bazaya hərbiçilər gətirməsi istisna deyil. Çünki, Rusiya əsas əsgəri qüvvəsini Ukraynada cəbhəyə cəlb edib. Ona görə də Ermənistandakı hərbi bazasında canlı qüvvə çatışmazlığı var.Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya, Ukrayna-Şərqi Avropa və Cənubi Qafqaz regionunda Qərbə qarşı vahid cəbhəni formalaşdırır:"Cənubi Qafqaz siyasətində Fransa və Rusiyanın geosiyasi mövqeləri üst-üstə düşür. Hər iki ölkə Cənubi Qafqazla bağlı konfedensial əməkdaşlıq edir. Artıq N.Paşinyan Fransanın Ermənistanda strateji gözləntilərinə cavab vermir".Anar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
newscenter.az

2Mənbələr