Yenicag.az xəbər verir ki, daha əvvəl Türkiyə mediası Kadırovun Bodrumda çimərlikdə suya girən zaman boğulmağa başladığı və ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparıldığı barədə məlumat yaymışdı.
Kadırov paylaşdığı videoda şayiələrə birbaşa münasibət bildirməsə də, xəstəlikdən sağalacağına eyham vurub. “Yüngül səhər məşqi. Fasilədən sonra biz tədricən tam idmana qayıtmalıyıq”, – Kadırov qeyd edib.
Çeçenistan lideri Ramzan Kadırov özünün “VKontakte” səhifəsində məşq etdiyi videonu yerləşdirib və bununla da Türkiyədə xəstəxanaya yerləşdirilməsi ilə bağlı şayiələrə cavab verib.