AZ

"Neftçi" sonuncu yoxlama oyununda Kipr təmsilçisi ilə heç-heçə etdi

BAKI, 1 avqust. TELEQRAF

Polşada təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununda Kipr təmsilçisi AEL-lə qarşılaşıb.

Teleqraf xəbər verir ki, Byalobjeqdə yerləşən “Mieyski” stadionunda keçirilən görüş bərabərliklə başa çatıb - 1:1.

“Ağ-qaralar”ın heyətində Bassala Sambu fərqlənib.

Qeyd edək ki, Samir Abasovun kollektivi hazırlıq müddətində“Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşıb. Paytaxt təmsilçisi təlim-məşq toplanışı dövründə 4 yoxlama oyunu planlaşdırsa da, “Asteras" (Tripolis, Yunanıstan) ilə matç güclü leysan səbəbindən ləğv olunmuşdu.

Seçilən
3
2
teleqraf.com

3Mənbələr