"Kəpəz"də problemlər bitib-tükənmək bilmir.
Veteranların və yerli azarkeşlərin təzyiqlərinin ardından klubun akademiyasının məşqçiləri hərəkətə keçiblər.
Belə ki, Gəncə təmsilçisinin aşağı yaş qrupları üzrə komandalarının məşqçiləri rəhbərliyi boykot ediblər. Səbəb son görüş zamanı rəhbərliyin məşqçilərə 12 yox, 11 ay maaş veriləcəyini açıqlaması və bunu qəbul etməyən mütəxəssislərə qapını göstərməyə hazır olduqlarını söyləməsidir.
Xatırladaq ki, "Kəpəz" ötən mövsümün sonunda gözlənilmədən baş məşqçi Azər Bağırovla yollarını ayırıb. Onun yerini Adil Şükürov tutub. \\Fanat.Az