AZ

“Din və Qadın Hüquqları” İctimai Birliyi layihə çərçivəsində üçüncü tədbir keçirib FOTOLAR

ain.az, Cebheinfo saytına istinadən bildirir.

“Din və Qadın Hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Lənkəranda “Vətəndaş cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində üçüncü tədbiri həyata keçirib.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində üçüncü tədbir 25 iyul 2025-ci il tarixində Lənkəran şəhərində yerləşən “Luxe” otelində baş tutub. Tədbirdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən müəllimlər, tələbələr, məzunlar və dini icma nümayəndələrindən ibarət 23 nəfər iştirak edib.

Tədbiri giriş sözü ilə açan yerli koordinator – “Maarifçilik Gənclər Təşkilatı”nın rəhbəri Afiq Məlikov tədbirə maliyyə dəstəyi göstərdiyinə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Din və Qadın Hüquqları” İctimai Birliyinə təşəkkürünü bildirib. Eyni zamanda layihənin təlimçisi Əntiqə Qurbanova haqqında iştirakçılara məlumat verərək onları tədbir müddətində fəal olmağa səsləyib.

Layihənin təlimçisi Əntiqə Qurbanova iştirakçılara vətəndaş cəmiyyətinin inkişafında əsas rol oynayan dini-mənəvi dəyərlərimizə dair aşağıdakı mövzular üzrə maraqlı məlumatlar təqdim edib:

Mənəvi dəyərlərimiz: dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz və s.

İslam – mənəvi dəyərin əsası. İslamın real prinsip və dəyərləri.

İslamda qadın haqları.

Dini fanatizm, xurafat və radikal fundamentalizmə qarşı mübarizə yolları.

Vətəndaş cəmiyyəti və milli-mənəvi dəyərlərimiz.

Dini-tarixi abidələrimiz və tariximiz.

Tədbir müddətində iştirakçılar son dərəcə fəal olmuşlar. Onlar rayonun bugünkü inkişafı, təhsilin səviyyəsi, Lənkəran Dövlət Universitetinin Cənub bölgəsinə verdiyi töhfələr haqqında fəxrlə danışmış, yerli adət-ənənələrə dair maraqlı məlumatlar paylaşmışlar. Xüsusilə Lənkəranın tarixi və dini-tarixi abidələrinə dair çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbir zamanı səsləndirilən əsas problemlərdən biri – şəhərin görkəmini korlayan, ekologiyaya zərər vuran natəmizlik halları idi. Eyni zamanda sevindirici haldır ki, Lənkərana həm yerli, həm də beynəlxalq turistlərin axını artmaqdadır və bu da dini-mənəvi dəyərlərimizin təbliğinə müsbət təsir göstərir.

Bununla belə, iştirakçılar dini fanatizm, xurafatçılıq və radikalizm meyillərinin, xüsusilə də kəndlərdə erkən nikah hallarının mövcudluğuna diqqət çəkiblər. Belə halların qarşısının alınması üçün dini-mənəvi dəyərlərimizin qorunması və düzgün təbliği, vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. Bu baxımdan bu tip maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsi vacib hesab olunur.

İştirakçılar da öz növbəsində bu mövzular üzrə tədbirlərin daha geniş auditoriyalarda keçirilməsini təklif ediblər.

Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
4
cebheinfo.az

5Mənbələr