Bakı. Trend:
Yeni mövsümdə Azərbaycanı Avropa Kubokunda təmsil edəcək“Abşeron Lions" heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan Trend-əverilən məlumata görə, Litva basketbolunun tanınmış simalarındanbiri - Gediminas Oreliklə müqavilə imzalanıb.
35 yaşı olan oyunçu karyerası ərzində bir çox klubların şərəfiniqoruyub. 2 metr boya malik hücumçu müxtəlif zamanlarda Türkiyənin"Banvit" və "Beşiktaş" klublarının formasını geyinib.
O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu iləAvropa Kubokunda qələbə sevinci yaşayıb. Gediminas son mövsümüRumıniya təmsilçisi “U-BT Cluj-Napoca” klubunun heyətindəkeçirərək, Euro Cup turnirinin iştirakçısı olub.