AZ

1255-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1255-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 664 təyyarəsi, 283 helikopteri, 73 848 PUA-sı, 624 zenit-raket kompleksi, 24 407 tank və digər zirehli texnikası, 1 584 reaktiv yaylım atəş sistemi, 28 065 artilleriya və minaatanı, 38 982 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Seçilən
24
49
sherg.az

10Mənbələr