AZ

Biz Coşquna görə narahatıq, bəs Şahin Diniyev? – o, 1-ci liqa klublarına da lazım deyil

Coşqun Diniyevin növbəti dəfə klubsuz qaldığından xəbərdarsız.

Həmyerlimiz Türkiyədə yaşadığı legioner həyatında sabitlik yaxalamaqda çətinlik çəkir. Təcrübəli yarımmüdafiəçi nə “Ümraniyəspor”da möhkəmlənə bildi, nə “Bandırmaspor”da, nə də “Çorum”da. Futbolçunun legioner həyatını əhatə edən statistik göstəriciləri də ürəkaçan deyil. Şans qazandığı matçların sayına və meydanda olduğu dəqiqələrə nəzər yetirdikdə Coşqunun əsas heyət üzvü olmaqda maneələrlə üzləşdiyi bəlli olur.

Bəs problem nədən ibarətdi? Millimizin ulduzlarından sayılan oyunçunun Türkiyənin aşağı liqasında parlamasınına əngəl törədən amillər hansılardı? Bu durum narahat olmaq üçün ciddi əsas deyilmi?

Bu sualları Coşqunun atası, təcrübəli mütəxəssis Şahin Diniyevə üvlandıq. Onuun “Football-plus.az”a cavabı:
“Bu haqda yaxın 3-5 gün ərzində nəsə deyə bilməyəcəm. Səbəblər müxtəlifdi. Daha sonra danışarıq. Anlayışınız üçün təşəkkür edirəm”.
Beləliklə, 2023-cü ildən bəri davamlı forma şansı qazanmayan, millidə də ciddi uğurla yadda qalmayan, bu azmış kimi, klubları əlcək kimi dəyişən Coşqunun gələcək karyerası böyük sual altındadı.

KƏNAN BAHADIR
Seçilən
6
1
football-plus.az

2Mənbələr