AZ

Azərbaycanda İqtisadi Şuranın növbəti iclası keçirilib

 Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın növbəti iclası baş tutub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İclasda 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozlarının hazırlanmasına dair büdcə-vergi siyasəti, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər və cari iqtisadi məsələlər müzakirə olunub.

Təqdimatlar zamanı maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev gündəlikdəki məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Şura üzvləri tərəfindən bu təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

İclasın sonunda iştirakçıların rəy və təklifləri nəzərə alınaraq, müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.

 

 

 

Seçilən
0
1
anews.az

2Mənbələr