Milli komandamızın keçmiş baş məşqçisi Qyoko Haciyevski özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, Şimali Makedoniyadan olan təcrübəli mütəxəssis Bolqarıstanda işləyəcək.
O, əsas liqada mübarizə aparan “Spartak”(Varna) ilə anlaşıb. Hacıyevski mövsümün sonuna qədər bu komandanı çalışdıracaq.
70 yaşlı məşqçi müxtəlif illərdə “Bakı” və “Simurq” klublarında da baş məşqçi olub.
saytlarin hazirlanmasi