AZ

Lukaşenko: Heç kim bizi diz çökdürə bilməz

BAKI, 1 avqust. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı bildirib ki, Rusiyanı və Belarusiyanı diz çökdürmək mümkün deyil.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Lukaşenko bildirib ki, həm Rusiya, həm də Belarus bu gün çox ciddi dönüş yaradıb.

"Düşünürəm ki, vaxt keçəcək və dünya bizim gördüklərimizi qiymətləndirəcək. 2020-ci illərin əvvəllərində bunu təsəvvür etmək sadəcə mümkün deyildi. Buna baxmayaraq, biz bunu bacardıq. Heç kim bizi diz çökdürə bilməyəcək. Biz öz maraqlarımızı müdafiə etməkdə qərarlıyıq", - Lukaşenko qeyd edib.

Seçilən
27
1
teleqraf.com

4Mənbələr