AZ

“Komo” Xakobo Ramonu “Real”dan satın aldı

“Komo” 20 yaşlı ispan mərkəz müdafiəçisi Xakobo Ramonu Madrid “Real”ından tamhüquqlu müqavilə əsasında heyətinə qatıb.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Komo”ya 2,50 milyon avro məbləğ müqabilində başa gəlib.

Xakobo Ramon “Real”ın məzunudur. Müdafiəçi karyerası ərzində ancaq “qaymaqlılar” üçün çıxış edib.

Geridə qalmış mövsümdə Ramon “Real” üçün 6 oyuna 1 qolla fərqlənib.

Xakobo Ramon İspaniyanın U-18, U-19 və U-20 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.

Xakobo Ramoun qənimətlər muzeyində “Real”la qazandığı Çemponlar Liqası (2023/2024) və UEFA Super Kuboku (2024/2025) var. Həmçinin gənc müdafiəçi İspaniyanın U-19 yığması ilə Avropa Çempionatının (2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı ispan mərkəz müdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
arena.az

1Mənbələr