"Abşeron Lions" basketbol klubu yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, klub Litva basketbolunun tanınmış simalarından biri – Gediminas Oreliki heyətinə cəlb edib.
35 yaşlı basketbolçu karyerası ərzində müxtəlif zamanlarda Türkiyənin "Banvit" və "Beşiktaş" klublarının formasını geyinib. O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu ilə FIBA Avropa kubokunun qalibi olmağı bacarıb. Gediminas son mövsümü Rumıniya təmsilçisi U-BT Cluj-Napoca klubunun heyətində keçirərək, Euro Cup turnirinin iştirakçısı olub.