İraqın Salah-ad-Din əyalətində Samarradan Kərbəlaya gedən yolda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.
Məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan 4-ü baş, boyun və bel xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, 10-u isə yüngül xəsarətləri alaraq ambulator müalicə alırlar.
Yaralılar Əl-Kazimiyyə xəstəxanasına çatdırılıb, ölənin cəsədi isə məhkəmə-tibbi ekspertizaya göndərilib.