AZ

35 yaşlı idmançı ailəsinin gözü qarşısında öldü

İtalyan idmançı Mattia Sella "CorrinConca di Thiene" yarışında finiş xəttini keçdikdən sonra ailəsinin gözü qarşısında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, 35 yaşlı idmançı səkkiz kilometr qaçışdan ibarət 11-ci mərhələnin sonunda vəfat edib.

Finişdən sonra o, hasara söykənib və yerə yıxılıb. Əvvəlcə həkimlər onun qan şəkərinin aşağı düşdüyünü düşünsələr də, sonradan onun nəfəsi kəsilib.

Həkimlər 40 dəqiqə ərzində Sellanın həyatını xilas etməyə çalışsalar da, cəhdləri boşa çıxıb.

Seçilən
10
1
unikal.az

2Mənbələr