ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Mirzəbala Məmmədzadə və Nazim Hacıyev küçələrinin kəsişməsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Belə ki, 10-UD-676 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini sözügedən ərazidəki yaşayış kompleksinin girişində - şlaqbaumun önündə park edib. Nəticədə o, bina sakinlərinin həyətə giriş-çıxışını məhdudlaşdırıb. İzləyicinin iddiasına görə, sözügedən sürücü şikayətlərə əhəmiyyət vermədən avtomobili artıq neçə gündür ki, eyni yerdə saxlayır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.