AZ

Lyayen "Pfizer" rəhbəri ilə peyvəndlər haqqında yazışmanı silib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin "Pfizer"in baş direktoru Albert Burla ilə COVID-19 peyvəndlərinin alınması barədə apardığı şəxsi yazışmalar ya itib, ya da məqsədli şəkildə silinib.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunub ki, Avropa Komissiyası jurnalistlərin bu yazışmalarla bağlı sorğularına cavab verməyib və sonradan təqdim olunan hesabatda bu SMS-lərin "vacib sayılmadığı üçün saxlanılmadığı" bildirilib.

Halbuki AK-nın aparat rəhbəri Byorn Zaybert həmin mesajları 2021-ci ilin yayında oxuduğunu təsdiqləyib. Bu isə mesajların silinməsinin jurnalistlərin ilk sorğusundan sonra baş verdiyini göstərir.

Xatırladaq ki, Avropa Ədalət Məhkəməsi fon der Lyayeni 2021-2023-cü illərdə COVID-19 peyvəndləri üçün 30 milyard avro dəyərində müqavilələrin detalları barədə ictimaiyyəti məlumatlandırmamaqda məsul hesab edib. Bu qərar fon der Lyayenə qarşı daha ciddi hüquqi iddialara zəmin yarada bilər. İyul ayında Avropa Parlamentində onun əleyhinə etimadsızlıq səsverməsi keçirilsə də, səs çoxluğu ilə rədd olunub.

Seçilən
15
1
moderator.az

2Mənbələr