Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Krımın işğal olunmuş ərazisinə qeyri-qanuni rəhbərlik edən Sergey Aksenov Xankəndidə sökülmüş Ayvazovski büstünü Krıma aparmaq “arzusunu” ifadə edib. Bu addım onun tərəfindən nümayişkəranə şəkildə təqdim olunaraq, guya “tarixi-mədəni irsin qorunması” kimi qələmə verilir.
KONKRET.az xəbər verir ki, söhbət Azərbaycan dövləti ilə razılaşdırılmadan 2021-ci ildə qanunsuz şəkildə Xankəndidə qoyulmuş və heç bir tarixi dəyərə malik olmayan qeyri-qanuni heykəldən gedir. Aksenovun bu addımı isə heç bir real mədəni maraq daşımır, sadəcə növbəti siyasi təxribat xarakteri daşıyır.
Əgər bu büst bu qədər əzizdirsə, qoy doğrudan da Krıma aparsınlar, hətta oradan da ötüb keçib Rusiyanın digər işğal olunmuş ərazilərinə paylasınlar. Onsuz da o büst də, ona yapışıb qalanlar da Qarabağdakı erməni separatçılarının aqibətini paylaşacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.