AZ

Mamadu Sarr “Çelsi”də cəmi 2 ay qaldı

“Çelsi”nin daha əvvəl “Strasburq”dan tamhüquqlu əsasda satın aldığı futbolçusu Mamadu Sarr fransız klubuna icarəyə göndərilib.

Arena.az bu barədə “Çelsi”nin rəsmi saytına istinadən məlumat verir.

19 yaşlı fransalı mərkəz müdafiəçisi Lion “Olimpik”inin məzunudur. Müdafiəçi, karyerası ərzində “RWDM Molenbek” (icarə), “Strasburq” və “Çelsi”də çıxış edib.

Xatırladaq ki, “Çelsi” Sarrı 2025-ci ilin iyun ayında “Strasburq”dan 14 milyon avro məbləğ müqabilində “zadəganlar”ın heyətinə qatmışdı. Tərəflər müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

“Strasburq”da isə Sarr icarə müqaviləsi əsasında 2026-cı ilin iyun ayının sonuna qədər çıxış edəcək.

Sarr “Çelsi” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 1 oyun keçirib, meydanda 8 dəqiqə olub.

“Strasburq” üçün isə Sarr geridə qalmış mövsümdə 28 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Mamadu Sarr Fransanın U-17, U-18, U-19 və U-20 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.

Sarrın qənimətlər muzeyində Lion “Olimpik”in U-19 komandası ilə qazandığı Fransa Kuboku (2021/2022), “Çelsi” ilə qazandığı FIFA Klub Dünya Kuboku (2025) və Fransanın U-17 komandası ilə qazandığı Avropa Çempionatı (2022) var.

“Transfermarkt” internet-portalı 19 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
30
arena.az

1Mənbələr