AZ

Zelenski Böyük Britaniyanın Baş naziri ilə telefon danışığı apardı

BAKI, 1 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Kir Starmer Rusiya hücumu nəticəsində Kiyevdə ölənlərə görə başsağlığı verib.

Zelenski deyib ki, bu hücum zamanı 31 nəfər, o cümlədən 5 uşaq həlak olub.

Söhbət zamanı tərəflər müharibəni dayandırmaq, insanları qorumaq və Rusiyanı bu müharibəyə son qoymağa məcbur etmək yollarını müzakirə ediblər.

Ukrayna Prezidenti dron istehsalının artırılmasının vacibliyini qeyd edib. Xüsusilə müdafiə məqsədli dronlara ehtiyac olduğunu bildirib və bu məsələdə maliyyə dəstəyi lazım olduğunu vurğulayıb.

Həmçinin Rusiyaya qarşı sanksiyalar da müzakirə olunub.

Seçilən
13
3
teleqraf.com

4Mənbələr