AZ

Universitetlərdə bu ixtisaslara qəbul dayandırılsın Ekspertdən TƏKLİF

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ekspertlər tərəfindən səsləndirilən fikirlərdən biri də odur ki, keyfiyyətli təhsil verməyən universitetlərə qəbul dayandırılmaldıır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, təhsil müəssisəsini dayandırmaq doğru olmaz.

"Sadəcə ona bir cəza olaraq növbəti tədris ilində onun üçün həmin ixtisas üzrə plan yeri ayırmayacağıq. Plan yeri ayrılmadığı təqdirdə, həmin universitet ondan dərs çıxaracaq. Artıq universitetlər xüsusilə də özəl universitetlər, plan yerləri olsun deyə artıq tədris prosesinə daha ciddi məsuliyyətlə yanaşmış olacaqlar. Məsələn maşın mühəndisliyi ixtisası üzrə keyfiyyətli tədris prosesini həyata keçirilmir, təcrübə proqramı, laboratoriya yoxdur, müəyyən praktiki bilikləri tələbələrə verə bilmir. Biz həmin ixtisası dayandıracağıq, o universitetə növbəti tədris ilində həmin ixtisası verməyəcəyik. Bu da artıq həmin o, universitetə, həm də digər universitetlərə bir dərs olacaq. Bundan bir nəticə çıxarmış olacaqlar və hal-hazırda universitetin içərisində olan ixtisaslar üzrə lazımi fədakarlığı göstərmiş olacaqlar".

Təhsil eksperti qeyd etdi ki, ali təhsil müəssisəsi rəhbərləri dövlət qurumları, özəl sektorlar və iş dünyası ilə mütəmadi əlaqədə olmalıdır:

"Amma olmurlar. Bəziləri var, həqiqətən səy, fədakarlıq göstərir. Məsələn, Dövlət Neft və Sənaye Universitetinin rəhbəri Rüfət Əzizovun nümunə göstərə bilərik. İstər beynəlxalq təşkilatlarla, istərsə də yerli təşkilatlarla əməkdaşlıq qurmağa çalışırıq. Biz beynəlxalq təcrübəyə baxdığımız təqdirdə Avropa, Amerika təhsilində, inkişaf etmiş ölkələrin təhsillərində ali təhsil müəssisələrinə, konfranslara daha çox üstünlük verirlər. Mütəxəssislər, dahilər gəlirlər universitetdə tələbələrə konfrans verirlər. Amma bizdə isə daha çox müğənnilər cəlb olunur. Mən düşünürəm ki, bu istiqamətdə müvafiq addım atmağın artıq vaxtıdır, hətta gecikmişik. Yəni, qurumlarla, təşkilatlarla əlaqə qurmaq, razılığa gəlmək lazımdır. Həmçinin təcrübəyə tələbələri göndərmək lazımdır. Hər hansı bir qurumun rəhbəri o qurumu həm yuxarıya qaldırar, həm də çökdürər. Mən düşünürəm ki, ali təhsil müəssisəsinin rəhbərləri, rektorları, rektor müavinləri yəni, vəzifədə olan şəxslər bu istiqamətdə səy göstərməlidirlər".

R.Nurəliyevin sözlərinə görə, bu addım atılarsa, ali təhsil müəssisələrində inkişaf mərhələsini görmüş olarıq.

"Marağı olan tələbələr dövlət qurumlarına, özəl sektorlara gedər. Universitet nə edir? Bir semestrlik təcrübə proqramını hər hansı bir yerlə bir müqavilə bağlayır, vəssalam. Belə olmamalıdır. Müxtəlif təşkilatlarda təcrübə proqramını həyata keçirməlidir. Yəni bir təşkilatla əməkdaşlıq etmək olmaz. Bir neçə təşkilatla əməkdaşlıq etməlidir. O zaman bizim artıq keyfiyyətli təhsilimizdən rahatlıqla danışmaq olar. O zaman artıq bizim ali təhsildə keyfiyyətli təhsilin rahat-rahat biz müşahidə edə biləcəyik",- deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
redaktor.az

2Mənbələr