AZ

Dünyanın ən stressli şəhəri məlum oldu

Paris yüksək sıxlığa və digər faktorlara görə turistlər üçün dünyanın ən stressli şəhəri olaraq elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hava şəraiti və cinayət səviyyəsinə görə Fransa paytaxtı orta ballar qazansa da, insanların sayına görə, Paris dünyanın ən stressli şəhərlərinin siyahısına başçılıq edib.

Siyahıda ikinci yerdə Vyetnamın paytaxtı Hanoy, üçüncü yerdə isə eyni zamanda dünyanın ən kriminal şəhərlərindən sayılan Şanxay qərarlaşıb. (Trend.az)

Bizim.Media

Seçilən
8
1
bizim.media

2Mənbələr