AZ

"Arif Babayev bu dünyadan razı köçdü" Nazir

ain.az, Bakupost portalına istinadən məlumat verir.

"Babayevlər ailəsi, dəyərli mədəniyyət xadimləri, səhər aldığımız xəbər hər birimizi sarsıtdı. Azərbaycan mədəniyyəti böyük itki ilə üzləşdi. Azərbaycan sənətini dünyaya tanıdan, qəlblərdə yaşadan, azərbaycanlıların sevimlisi, musiqiyə, mədəniyyətə bağlı olan, əziz insanı Arif Babayevi itirdik. Bu gün vida mərasimində onu sevənlər yer alır".

Bakupost.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli mərhum Xalq artisti Arif Babayevlə vida mərasimində deyib. Nazir xanəndənin yaradıcılığından danışaraq, onun muğam sənətindəki töhfələrindən bəhs edib.

Adil Kərimli Arif Babayevin xəstəliyindən söz açıb:

"Cənab Prezidentin tapşırığı və Birinci xanım Mehriban Əliyevanın nəzarəti altında Arif Babayevin müalicəsi aparıldı. Tale elə gətirdi ki, o bu gün bizimlə vidalaşdı. Reanimasiya onu həyata qaytarmaq üçün əllərindən gələni etdilər. Arif Babayev bu dünyadan razı köçdü.

O, xalqımızın ürəyində daim yaşayacaq. Biz artıq xarici ölkələrdən başsağlıqları alırıq. Biz də bütün ictimaiyyətə başsağlığı veririk. Arif Babayevin xatirəsi daim yaşayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
www.bakupost.az

4Mənbələr