AZ

Rusiyanın sifarişi ilə Afinada saxlanılan moldovalı oliqarx ölkəsinə buraxılmır

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moldovanın sabiq Demokratik Partiyasının sədri və ölkənin ən varlı oliqarxı kimi tanınan Vladimir Plahotnyuk Yunanıstanda saxlanıldığını təsdiqləyib və rəsmi olaraq Moldovaya ekstradisiya olunmasını istəyib.

Bakupost.az -ın xəbərinə görə, Plahotnyuk sosial şəbəkələrdə yayımladığı müraciətində bildirib ki, 25 iyulda vəkillərinin hazırladığı sənədləri imzalayaraq Yunanıstan hakimiyyətinə müraciət edib. O, əsas məqsədinin vətəninə qayıdaraq hüquq-mühafizə orqanları qarşısında günahsızlığını sübut etmək olduğunu vurğulayıb.

“Haqqımda açılan işlər saxtadır, faktlara deyil, yalnız böhtan və siyasi intriqalara əsaslanır. Bu, hökumətin müxalifəti sıradan çıxarmaq üçün istifadə etdiyi bir vasitədir”, – deyə oliqarx qeyd edib.

Onun sözlərinə görə, Yunanıstan qanunlarına əsasən könüllü ekstradisiya prosesi 12–30 gün ərzində həyata keçirilir.

Lakin siyasətçi iddia edir ki, Moldova hakimiyyəti Yunanıstandan prosesi uzatmağı xahiş edib ki, o, parlament seçkilərinə qədər ölkəyə qaytarılmasın.

Xatırladaq ki, jurnalist araşdırmalarına əsasən, Afinada Dubaya uçmaq istərkən Vladimir Plahotnyuk və sabiq deputat Konstantin Çuçu saxlanılıb. Axtarışlar zamanı onların üzərindən 17 saxta şəxsiyyət vəsiqəsi, müxtəlif ölkələrin pasportları və külli miqdarda vəsait aşkar edilərək müsadirə olunub.

Onun həm də Rusiyanın sifarişi ilə saxlanıldığı deyilir.

Ayxan, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
www.bakupost.az

1Mənbələr