ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Perunun paytaxtı Limanın Puente Piedra bölgəsində aparılan qaz kəmərinin təmiri işləri zamanı arxeoloqlar yeni tapıntı aşkarlayıblar. Qazıntılar zamanı 1000 ildən çox yaşı olan kişi mumiyasının qalıqları üzə çıxarılıb. Bu, eyni ərazidə iyun ayında tapılmış qadın mumiyasından sonra bölgədə aşkarlanan ikinci qədim dəfn nümunəsidir.
KONKRET.az xəbər verir ki, əvvəlki tapıntıda 20-25 yaşlarında olan qadının sümükləri, dəfn avadanlıqları və keramika nümunələri müəyyən edilmişdi.
Hər iki dəfnin 1000-1100 il əvvələ, Çançay (Chancay) mədəniyyətinə aid olduğu bildirilib.
Arxeoloqların sözlərinə görə, Çançay mədəniyyəti Peru tarixində keramika, tekstil və metal məmulatlarının kütləvi istehsalına yiyələnən ilk cəmiyyətlərdən biri olub. Aşkar edilmiş məzarların yaxınlığında tapılan, üzəri səciyyəvi naxışlarla bəzədilmiş keramika məhsulları bu qənaətə gəlməyə əsas verib.
Hazırda qazıntı və tədqiqat işləri davam etdirilir. Arxeoloqlar bölgənin qədim Peru sivilizasiyalarının daha geniş izlərini daşıya biləcəyini istisna etmirlər.
Aynurə İsmayıl
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.