News24 saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan etməsinin ardından Rusiya Prezidenti Vladimir Putin ilk dəfə açıqlama verib. O, barış danışıqlarına açıq olduğunu desə də, Moskvanın Ukraynadakı hərbi və siyasi məqsədlərindən geri çəkilməyəcəyini bildirib.
News24.az xəbər veürir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə keçirilən mətbuat konfransında çıxış edən Putin danışıqların sakit və gərginliksiz atmosferdə davam etməli olduğunu qeyd edib. Eyni zamanda, Rusiya ordusunun cəbhə xəttinin demək olar ki, hər yerində hücum vəziyyətində olduğunu və üstünlük qazandığını vurğulayıb.
Putin, 16 ay davam edən döyüşlərdən sonra Ukraynanın Donetsk vilayətində yerləşən Çasiv Yar qəsəbəsinin nəzarətə götürüldüyünü bildirib. Ukrayna isə bu bölgənin tam olaraq Rusiya nəzarətinə keçmədiyini açıqlayıb.
Tramp-ın Rusiyanı enerji ticarətindən təcrid etməklə hədələməsinə baxmayaraq, Putin bu barədə konkret şərh verməyib. Lakin o, bir daha Rusiyanın xarici təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb. Ayrıca, Avropanın əsas məqsədinin Rusiyanın irəliləyişini dayandırmaq və öz təhlükəsizliyini qorumaq olduğunu ifadə edib.
Xeyrənsə Piriyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.