AZ

Bu ölkə 26 “Boeing” təyyarəsi ALIR

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Malayziya ABŞ ilə idxal rüsumlarına dair ticarət sazişi çərçivəsində “Boeing” korporasiyasından ümumi dəyəri 19 milyard dollar olan 26 təyyarə alacaq.News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın investisiya, ticarət və sənaye naziri Tenku Zafrul Əziz bildirib."Biz bəzi kommersiya öhdəlikləri götürmüşük. Onlardan biri də “Boeing” təyyarələrinin alınmasıdır", - “Malay Mail” qəzeti nazirin sözlərindən sitat gətirir.T.Əziz qeyd edib ki, Kuala Lumpur təyyarələri iki mərhələdə alacaq.Daha əvvəl ABŞ Prezidenti Donald Tramp 60-dan çox ölkə və Avropa İttifaqına qarşı 15-41 faiz rüsumun tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, Malayziya mallarına tətbiq olunan tariflər 25 faizdən 19 faizə endirilib. Bundan əlavə, Tramp 14 ölkənin, o cümlədən Malayziyanın liderlərinə avqustun 1-dən əlavə rüsumlar tətbiq etmək niyyəti barədə məktublar göndərib. 

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
5
news24.az

6Mənbələr