AZ

Azərbaycan çempionu baş məşqçisi ilə müqaviləni yeniləyib EKSKLÜZİV

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Qadın həndbolçular arasında son Azərbaycan çempionu “Azəryol” baş məşqçisi Aleksandr Revva ilə müqavilənin müddətini uzadıb.

Bu barədə AZƏRTAC-a rusiyalı mütəxəssis özü məlumat verib. O, qarşıdakı bir mövsüm ərzində Bakı klubunda işləyəcəyini söyləyib.

Qeyd edək ki, “Azəryol” Avropa Kubokunun ikinci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
3
azertag.az

4Mənbələr