Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı,1 avqust, AZƏRTAC
Avqustun 1-də qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli və sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda görüş olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı yüksək risk qrupuna aid məhsulların idxalı qaydaları, qeydiyyat tələb olunan məhsullar, idxal zamanı tələb edilən sənədlər, idxal olunan məhsulların gömrük sərhədindən keçidinin səmərəli təşkili mövzuları ilə bağlı müzakirələr aparılıb.
Müzakirə zamanı təkrarlanan sənədlərə dair səsləndirilən suallarla bağlı qida və yem məhsulunun növündən asılı olaraq tələb edilən sənədlər barədə məlumat bir daha sahibkarların diqqətinə çatdırılıb.
Həmçinin sahibkarların yüklərin gömrük sərhədindən səmərəli keçidinin təşkili ilə bağlı müraciətləri dinlənilib və səsləndirilən təkliflərlə bağlı sahibkarlara dəstəyin göstərilməsi üçün agentliyin aidiyyəti struktur bölmələrinə tapşırıq verilib.
Konstruktiv formatda keçən görüş zamanı sahibkarları maraqlandıran digər suallar cavablandırılıb və onların qaldırdığı məsələlərin həlli sahəsində təkliflər verilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.