AZ

® “Coca Cola” həyəcanla gözlənilən yay kampaniyasına davam edir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Milyonlarla insanın sevilən içki brendi olan “Coca-Cola” həyəcanla gözlənilən musiqili-əyləncəli yay kampaniyasına davam edir. Belə ki, şirkət 3 iyul – 10 sentyabr tarixlərində “Musiqi 2025” stimullaşdırıcı lotereyasını həyata keçirir.

Lotereyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 l-lik “Coca-Cola” Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal və “Sprite”dır.

Lotereya iştirakçısı olmaq üçün qeyd olunmuş məhsullardakı sarı qapaqların altındakı unikal 10 rəqəmli kodu 7676 nömrəsinə pulsuz SMS göndərməklə qeydiyyatdan keçirmək lazımdır. Həmçinin ilk dəfə bu kampaniyada qeydiyyat teleqram sosial şəbəkəsi üzərindən də aparılır. Belə ki, sərinləşdirici içkinin etiketinin üzərində olan QR kodu skan etməklə yönləndirildiyiniz teleqram hesabına kodu göndərməyiniz mümkündür.

Lotereya tirajları lotereya müddətində hər həftənin çərşənbə günü Gənclik Mall ticarət mərkəzinin -1 mərtəbəsində yerləşən stenddə xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında və ictimaiyyət nümayəndələrindən ibarət müstəqil münsiflər heyətinin iştirakı ilə şəffaf şəkildə həyata keçirilir.

Qaliblərə aşağıdakı hədiyyələrdən biri təqdim edilir:

- “Coca-Cola” ilə eksklüziv musiqi təcrübəsi – Jah Khalib konsertinə 2 nəfərlik bilet – 12 ədəd

- iPhone 16E – 60 ədəd

- iPad mini – 120 ədəd

- AirPods 4 – 200 ədəd

- “Coca-Cola” loqotipi olan çanta – 2000 ədəd

- “Coca-Cola” loqotipi olan səsgücləndirici – 6500 ədəd

Qeyd edək ki, tirajlar həftəlik olaraq baş tutur və tirajın oynanılacağı gün başladıqdan etibarən göndərilən kodlar artıq növbəti həftənin tirajında oynanılır. Lotereyalar haqqında qanunun 7.1-1 maddəsinə uyğun olaraq lotereyada iştirak edən istehlakçıların hər birinin qazanma şansı var. Suallar və daha ətraflı məlumat üçün 088 4441 nömrəsi ilə əlaqə saxlamaq olar.

Xatırladaq ki, “Coca-Cola” fəaliyyət göstərdiyi ölkələrdə musiqi və əyləncənin ayrılmaz hissəsinə çevrilib. “Coca-Cola” ötən illərdə Azərbaycanda Musiqili Yay Kampaniyası ilə yanaşı “Coke Studio ilə Xəzər Festivalı” və digər musiqili-əyləncəli tədbirlər keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
azertag.az

3Mənbələr