Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni bitirmək üçün texniki görüşmələrdən liderlər səviyyəsində danışıqlara keçilməsi çağırışını edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün göstərdiyi səylərə toxunan Zelenski deyib:
“Prezident Trumpın Rusiyanın müharibəni və bütün cinayətləri dayandırmaq, şərəfli və davamlı bir sülh yaratmaq üçün göstərdiyi səyləri görür və dəstəkləyirik. Biz istənilən an liderlər səviyyəsində danışıqlara hazırıq”, - o bildirib.