AZ

İranda türk adına görə körpəyə sənəd verilmədi

İranın Ərdəbil əyalətinin Qeydiyyat İdarəsi parsabadlı körpəyə Güntay adı verildiyi üçün sənəd vermir.
Axar.az xəbər verir ki, bu barədə Güntayın valideynləri məlumat yayıb.
Onlar 22 apreldə anadan olan övladlarına sənəd verilmədiyi üçün uşağa tibbi xidmətlərn göstərilməsində problem yarandığını bildiriblər.
Körpənin ailəsi məsələni hüquqi yollarla davam etdirmək üçün vəkil tutsa da, Parsabad məhkəməsinin üçüncü şöbəsinin hakimi onlara baş hakimin mane olması səbəbindən hökm çıxarmağın mümkün olmadığını deyib və işin başqa şəhərə aparılmasını təklif edib.
Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsini bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirir.
Seçilən
18
10
sherg.az

10Mənbələr