İran ərazisinə qaçan azərbaycanlılardan təşkil edilmiş və uzun müddət Azərbaycana qarşı ideoloji diversiya, informasiya-təbliğat işlərində İran
xüsusi xidmət qurumları tərəfindən istifadə olunan “Hüseyniyyun” adlı təşkilat var.
Globalinfo.az xəbər verir ki, “Baku TV” bu təşkilatın fəaliyyəti və qanunsuzluqları barədə “İran-Azərbaycan münasibətlərində “Qordi düyünü”:
“Hüseyniyyun” indi də qadınları önə verir!” adlı süjet hazırlayıb.
Süjetdə qeyd edilir ki, birbaşa Azərbaycan dövlətinin konstitusion quruluşunun dəyişdirilməsini hədəf alan bu təşkilatın elan olunan əsas
məqsədlərindən biri ölkədə eynilə İrandakı kimi “İslam inqilabı”nın həyata keçirilməsi, şiəçilik çətiri altında İran siyasətinin təbliği və bu siyasətə
əsaslanan şəriət dövlətinin qurulmasıdır.
Yalnız 2023-cü ilin aprelində İranın İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAT) tərəfindən müvəqqəti saxlanılsalar da, yayılan
məlumata görə, məhz SEPAH-ın açıq müdaxiləsi ilə sərbəst buraxılıblar və hələ də İran ərazisində bilinməyən bir status altında yaşayırlar.
İran tərəfi “Hüseyniyyun”un bu ölkədə təhsil alan tələbə azərbaycanlıların özlərinin yaratdığı humanitar ictimai təşkilat olduğunu və İran dövləti
ilə hər hansı əlaqələrinin olmadığını iddia etsə də, Azərbaycan-İran münasibətlərinin gərginlik tempinə uyğun olaraq “Hüseyniyyun”un gah
aktivləşdirilməsi, gah geri çəkilməsi, rəhbər şəxslərinin SEPAH-ın xüsusi nəzarəti altında qorunması, onlara şiəçilik çətiri altında İran təbliğatının
aparılması üçün hər cür şəraitin yaradılması, eləcə də Azərbaycandakı təxribatçı-pozucu fəaliyyətlərinə dair çoxlu təkzibedilməz sübut bu
təşkilatın açıq şəkildə İran dövləti tərəfindən himayə və idarə olunduqlarını ortaya qoyur(globalinfo.az)