ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan məhsullara 15% əlavə gömrük rüsumu tətbiq edilməsini təsdiqləyib."Bakuinfo" xəbər verir ki, bu qərar Türkiyədən ABŞ üçün nəzərdə tutulan bütün məhsullara şamil ediləcək və fərman imzalandıqdan sonra yeddi gün ərzində qüvvəyə minəcək.
Trampın imzaladığı fərmana əsasən, əlavə gömrük rüsumları 10-41% arasında dəyişir. Ən yüksək rüsum Suriya məhsullarına, yəni 41%-ə çatır. Siyahıda Böyük Britaniya üçün 10%, İsveçrə üçün 39%, Hindistan 25%, İsrail və Yaponiya 15%, Cənubi Afrika isə 30% əlavə tariflə qarşılaşacaq.
Eyni zamanda ABŞ Kanada üçün tarif dərəcəsini 25%-dən 35%-ə qaldırıb. Ağ Ev bildirib ki, bu qərar 1 avqustdan qüvvəyə minəcək. Kanada ABŞ-nin fentanil və digər qeyri-qanuni narkotiklərin ölkəyə axınının qarşısının alınmasında əməkdaşlıq etməməsi səbəbindən bu addım atılıb.