AZ

AFFA Mətbuat Xidmətinin rəhbərini dəyişdi

Elnur Məmmədli AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayırlıb.

XəzərNews.az xəbər verir ki, AFFA onu jurnalist Murad Axundovla əvəzləyib. Özünün Facebook səhifəsində tanınmış idman şərhçisi gedişi barədə məlumat verib və AFFA-ya iki il əvvəl böyük ümidlərlə gəldiyini, jurnalistlərlə AFFA arasında körpü rolunu oynayacağına inandığını bildirib.

Xatırladaq ki, Məmmədli bu posta AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun gedişindən sonra yaranan təlatümlərdə gəlmişdi. İmici və reputasiyası yerlə bir edilmiş bir quruma mətbuat katibi gəlmək böyük risk və cəsarət tələb edirdi. Lakin reallıq budur ki, Məmmədlinin media sahəsindəki nüfuzu və əlaqələri AFFA-ya qarşı kəskin tənqidləri yəhərləməkdə rol oynamışdı. Hətta AFFA-nın ən kəskin tənqidçiləri belə son dövrlərdə Məmmədliyə olan hörmətə görə iti qələmlərini nisbətən koruşlaşdırmışdı.

Elnur Məmmədlinin postundan belə anlamaq olur ki, onun ümid və inamları futbolumuzla bağlıdır, lakin unutmayaq ki, AFFA uzun illərdir ki, daha çox şəxsi arzu və ümidlərin gerçəkləşməsi üçün münasib yerdir. Odur ki, görünür, AFFA-nın yeni rəhbərlərinin şəxsi arzu və planları ilə təcrübəli mütəxəssisin cavabdeh olduğu sahədəki futbol naminə planları üst-üstə düşmür.

Xəbər 6 dəfə oxunub.
Seçilən
23
2
xezernews.az

3Mənbələr