AZ

İsrailin Suriya ərazisində əməliyyat keçirməkdə məqsədi nədir? – POLİTOLOQDAN AÇIQLAMA - FOTO

“Arabesk”, “İddiaçı”, “Milyarder”, “Çiçək Taksi” və digər məşhur serial və filmlərdəki rolları ilə tanınan veteran türk aktyoru Necati Bilgiç uzun illərdir ictimaiyyətdən uzaqdır.

Avtosfer.az xəbər verir ki, 72 yaşlı aktyor hazırda Bursa Yüksək İhtisas Təhsil və Araşdırma Xəstəxanasının Dörtçelik Ruh Sağlamlığı və Xəstəlikləri xəstəxanasında müalicə olunur.

Yeşilçam'ın

2016-cı ildə açıq ürək əməliyyatı keçirən Bilgiçdə sonradan psixoloji problemlər başlayıb. Mütəxəssislər ona şizofreniya diaqnozu qoyublar. Bir zamanlar ekranların sevilən siması olan veteran aktyor indi xəstəxana otağında sakit bir həyat sürür.

1953-cü ilin oktyabrında Bursada anadan olan Necati Bilgiç sənətə marağını uşaqlıq illərində kəşf edib. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr şöbəsində təhsil alaraq məşhur Yıldız Kenterdən dərs alıb. Dormen Teatrında başlayan səhnə həyatı Tef Kabare Teatrında davam edib. Konservatoriya yoldaşı Uğur Yücel ilə birlikdə 1975-1984-cü illər arasında Türkiyədə komediya janrında böyük uğurlar qazanıblar.

472841540_9214980208525328_13449.jpg

Televiziya tamaşaçıları onu ilk dəfə “Yarı zarafat, yarı ciddi” verilişində “Şair Təmel” obrazı ilə tanıyıb. Sonra “Namuslu”, “Dadcı”, “Milyarder”, “Bıçkın” və “Arabesk” kimi filmlərdə və 1995-ci ildə “Çiçek Taksi” serialında Qara dəniz əsilli “Niyazi” obrazı ilə geniş şöhrət əldə edib.

2012-ci ildə Ata Dəmirerin “Berlin Kaplanı” filmindəki rolu ilə 17-ci Sadri Alışık Mükafatlarında “Ən yaxşı köməkçi aktyor” mükafatına layiq görülüb.(musavat)

Yeşilçam'ın

Yeşilçam'ın

Yeşilçam'ın

Yeşilçam'ın

 

Seçilən
25
3
avtosfer.az

4Mənbələr