AZ

"Marsel"i Rusiya klubuna dəyişir

"Marsel"in mərkəz müdafiəçisi Leonardo Balerdi Rusiya Premyer Liqasına keçə bilər.

90deqiqe.Az-ın "Euro-Football"a istinadən məlumatına görə, Moskva "Spartak"ı 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı-ağlar” futbolçunun keyfiyyətlərini yüksək qiymətləndirir və yaxın vaxtlarda rəsmi təklif göndərməyə hazırdır.

Balerdi 2020-ci ildən "Marsel"də çıxış edir. Ötən mövsüm o, bütün turnirlər nəzərə alınmaqla 29 matçda iştirak edib, o, yeddi sarı və bir qırmızı vərəqə alıb. Balerdinin "Marsel"lə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.Transfermarkt portalının məlumatına görə, futbolçunun qiyməti 20 milyon avrodur.

Seçilən
38
90deqiqe.az

1Mənbələr