AZ

Belarus-Ukrayna sərhədində GƏRGİNLİK: Xüsusi hücum briqadası yerləşdirilir

Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Ukrayna ilə həmsərhəd Qomel vilayətində yeni hava desant-hücum briqadası formalaşdırır.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə XƏQ-in komandanı general-mayor Vadim Denisenko məlumat verib.

“Bu gün XƏQ-ə zenit-raket alayı daxil edilib. Hazırda tamamlama mərhələsindəyik və bu il raket-artilleriya alayı da yaradılacaq. Artıq 70 faiz hazırdır. Hazırda nəzarət briqadasının yaradılması məsələsi üzərində iş aparılır”, - general bildirib.

Seçilən
22
2
publika.az

4Mənbələr