AZ

İranda “kölgə hökuməti” qalmaqalı

İranda xarici siyasətə qeyri-rəsmi qüvvələrin müdaxiləsi ilə bağlı yayılan iddialar yenidən gündəmə gəlib. Metbuat.az xəbər verir ki, “Jomhouri Eslami” qəzeti Xarici İşlər Nazirliyinin danışıqlara nəzarət edə bilmədiyini, qərarların isə “kölgə qüvvələr” tərəfindən diktə edildiyini bildirib. Qəzet yazır ki, “2015-ci il nüvə sazişi və digər danışıqlara ağır zərbə vuran həmin qüvvələr bu gün də İranın xarici siyasətinə müdaxilə edir”. Bildirilir ki, bu müdaxilə indiki şəraitdə “zəhərdən daha təhlükəlidir”. Nəşr konkret ad çəkməsə də, bu tənqidlərin sərt xətt tərəfdarı, Ali Liderin nümayəndəsi Səid Cəliliyəyə yönəldiyi ehtimal edib.İddialara cavab olaraq İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) yaxın “Javan” qəzeti ittihamları rədd edib və bir kölgə hökumət varsa adların açıqlanmasını tələb edib.

Qeyd edək ki, iddialar nüvə danışıqları və BMT sanksiyalarının yenidən tətbiqi təhlükəsi fonunda ölkə daxilində diplomatik kursla bağlı parçalanmaları üzə çıxarır. İran, əgər Qərblə razılaşma baş tutmasa, Nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxacağını istisna etmir.

Seçilən
10
metbuat.az

1Mənbələr